Orion Span kosmik stansiyasının rezervasiyası açıqdır | Banco.az

Orion Span kosmik stansiyasının rezervasiyası açıqdır

“Orion Span” kosmik stansiyasının sifariş üçün artıq əlçatan olduğu elan edilib. İlk qonaqlar 2022-ci ildə stansiyanı ziyarət edə biləcəklər.

Çox tezliklə - məhz 2022-ci ildə arzu edənlər Orion Span kosmik stansiyasını ziyarət edə biləcəklər. Yalnız 42 kvadrat metr sahəsi olan məkanda on iki günlük istirahət 9,5 milyon Amerika dollarına  başa gələcək. Digər məsələlərlə yanaşı, hər bir yemək üçün liyofilləşdirilmiş məhsullar veriləcək. Eyni zamanda, stansiyada yalnız dörd qonaq ola bilər ki, onları iki işçi müşayiət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Kosmik stansiya və uçuş lüks bir təcrübə kimi reklam olunur. Əslində isə stansiyaya səfər kosmonavtların sıxılmış məşqlərinə daha çox oxşayacaq ki, bunun üçün həm də çoxlu pul ödəmək lazım gələcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et