Opel yenilənmiş Opel Zafira Life modelini təqdim etdi | Banco.az

Opel yenilənmiş Opel Zafira Life modelini təqdim etdi

Məşhur “Opel” markası rəsmi olaraq ictimaiyyətə yenilənmiş “Zafira Life” modelini təqdim etdi.

Alıcılara, eyni zamanda, genişləndirilmiş funksiyalı avtomobilin üç versiyası təklif olunacaq. Fərqlər özünü avtomobilin məhsuldarlığı və ölçüsündə büruzə verəcək. “Zafira Life”ın ən kompakt modeli 4,6 metr uzunluğundadır. Bundan başqa, oturacaqlar ilk dəfə olaraq keyfiyyətli dəridən təşkil olunub, dam isə panorama görünüşünə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Markanın nümayəndələri, həmçinin, “IntelliGrip” dartma nəzarət sisteminin daha da yaxşılaşdırılmış variantını təqdim ediblər. Bundan əlavə, istehsalçılar, 2021-ci ilə qədər elektrik modifikasiyası təklif etmək niyyətindədirlər.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et