OPEC Vyana anlşamasını Rusiyasız uzatmağa hazırdır | Banco.az

OPEC Vyana anlşamasını Rusiyasız uzatmağa hazırdır

OPEC neft hasilatının azaldılması ilə bağlı Vyana anlaşmasını Rusiyasının iştirakı olmadan belə uzada bilər. "RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə açıqlamanı Parisdə keçirilən Beynəlxalq Neft Sammitində Anqolanın neft naziri Xose Mariya Botelyo di Vaskonselos deyib.

Xatırladaq ki, neft hasilatının məhdudlaşdırılmasına dair Vyana anlaşmasının müddəti iyunun 30-da bitir. Anlaşmada iştirak edən ölkələrin mayın 25-də görüşərək anlaşmanın müddətinin daha 3-6 ay uzatması gözlənilir. Qeyd edək ki, OPEC-in hesabatına görə, anlaşma daha 6 ay uzadılarsa, neft bazarında sabitliyə nail olmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Vaskonselosun bəyanatı birjalarda "Brent" markalı neftin qiymətinin 2%-ə yaxın azalaraq 51,4 dollar/barelə qədər enməsinə səbəb olub. Qiymətlərin 50 dollar/bareldən aşağı düşməsi ehtimal edilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et