"OPEC+ Monitorinq Komitəsi dünya iqtisadiyyatının artım tempinin yavaşlaması problemini müzakirə edəcək" | Banco.az

"OPEC+ Monitorinq Komitəsi dünya iqtisadiyyatının artım tempinin yavaşlaması problemini müzakirə edəcək"

OPEC+ Nazirlər Monitorinq Komitəsi (JMMC) bazardakı vəziyyəti qiymətləndirir, hasilatın azaldılması üzrə daha böyük kvotaların məqsədəuyğunluğu məsələsi isə onun səlahiyyətlərinə daxil deyil.

Bu barədə jurnalistlərə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

"Bu yaxınlarda birgə fəaliyyətimiz barədə 9 aylıq müddətinə qərar qəbul etdik. Monitorinq edəcəyik. JMMC-nin məqsədi daim yeni təkliflər yaratmaq yox, ilk növbədə, dünya bazarlarındakı mövcud vəziyyəti qiymətləndirmək və razılaşmanın nə dərəcədə həyata keçirildiyini araşdırmaqdır. Sabah məhz bu məsələləri müzakirə edəcəyik", - deyə o hasilatın daha da azaldılması ehtimalını müzakirə etməyi məqsədəuyğun hesab edib-etməməsi barədə sualı cavablandırarkən söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İraqın neft naziri Tamer əl-Qadban JMMC-nin sentyabrın 12-də keçiriləcək iclasında hasilatın 2018-ci ilin oktyabr ayındakı səviyyəsindən 1,2 milyon barel/sutkadan çox azaldılmasının zəruriliyini müzakirə edə biləcəyini bildirib. Onun sözlərinə görə, bu, ekspertlərin hansı nəticəyə gəlməsindən və tövsiyələrindən asılıdır.

Novak həmçinin qeyd edib ki, OPEC+ Monitorinq Komitəsi dünya iqtisadiyyatının artım tempinin yavaşlaması problemini də müzakirə edəcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et