OPEC-in xam neft istehsalı Avqustda artıb | Banco.az

OPEC-in xam neft istehsalı Avqustda artıb

OPEC-in avqust ayının göstəricilərinə dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 830 min artımla 99 milyon 240 min barelə yüksəlib.
 

Avqustda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 700 min barrel artaraq 69 milyon 500 min barel olub.

OPEC-in gündəlik xam neft hasilatı avqustda bir əvvəlki aya nisbətən 136 min barel artımla 29 milyon 740 min barelə yüksəlib. Bu dövrdə OPEC-in, ümumilikdə qlobal neft hasilatındakı payı 30% təşkil edib.
 

Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox artıran ölkələr Səudiyyə Ərəbistanı, Nigeriya və İraq olub. 

Səudiyyə Ərəbistanında gündəlik hasilat 118 min barel artımla 9 milyon 805 min barelə yüksəlib. Nigeriyada gündəlik xam neft hasilatı 86 min barrel artaraq 1 milyon 866 min barelə, İraqda 43 min barel artımla 4 milyon 779 min barrelə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Avqustda OPEC üzvələri arasında neft hasilatında ən böyük azalma Venesuela, İran və Liviyada baş verib.

Venesuelada gündəlik hasilat 43 min barrel geriləyərək 712 min, İranda 24 min barel azalaraq 2 milyon 194 min, Liviyada isə 21 min barrel azalma ilə 1 milyon 56 min barrelə enib.

 

QLOBAL NEFT TƏLƏBİ

OPEC, 2019-cu il üçün qlobal neft tələbatı proqnozunu aşağı istiqamətli dəyişib. OPEC-ə görə qlobal neft tələbi bu il keçən illə müqayisədə 1 milyon 20 min barel artımla sutkada 99 milyon 840 min barrel olacaq. Qlobal neft tələbində bir əvvəlki ayla müqayisədə 80 min barrel azalma gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et