OPEC-in hasilatı İyunda azalıb | Banco.az

OPEC-in hasilatı İyunda azalıb

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) iyun ayının göstəricilərinə dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı may ayı ilə müqayisədə gündəlik 470 min barrel artımla 98 milyon 560 min barelə yüksəlib.

İyunda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 540 min barrel artaraq 68 milyon 730 min barrelə qalxıb.

OPEC-in gündəlik xam neft hasilatı iyunda əvvəlki aya nisbətən 68 min barrel azalaraq 29 milyon 830 min barrelə enib. Beləliklə, həmin dövrdə OPEC-in qlobal neft hasilatındakı payı 30,3% təşkil edib.

Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox artıran ölkələr öz növbəsində Nigeriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub..

Nigeriyada gündəlik hasilat 129 min barel artımla 1 milyon 855 min barelə yüksəlib. Səudiyyə Ərəbistanında gündəlik xam neft hasilatı 126 min barrel artaraq 9 milyon 813 min barelə, Ərəb Əmirliklərində isə 23 min barel artımla 3 milyon 83 min barelə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

İyunda ən böyük azalma İran, Liviya və Anqolada baş verib.

İranda gündəlik hasilat 142 min barrel barel azalaraq 2 milyon 225 min, Liviyada 58 min barel azalaraq 1 milyon 113 min, Anqolada isə 57 min barrel azalaraq 1 milyon 418 min barrelə enib.
 

QLOBAL NEFT TƏLƏBİ

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi ötən illə müqayisədə 1 milyon 140 barrel artımla sutkada 99 milyon 870 min barrel olacaq.

OPEC ölkələrinin 2019-da gündəlik xam neft tələbinin isə 30 milyon 600 min barrel olması gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et