Ölməzdən əvvəl mütləq oxumalı olduğunuz fərdi-inkişaf kitabları | Banco.az

Ölməzdən əvvəl mütləq oxumalı olduğunuz fərdi-inkişaf kitabları

Fərdi-inkişaf mövzusunda qələmə alınmış çoxlu sayda kitablar mövcuddur. Bu kitablardan bəziləri təkcə iş dünyası ilə əlaqəli mövzuları əhatə edirsə, digərləri isə daha çox emosional və psixoloji inkişafa istiqamətlənir. Bəs, siz fərdi-inkişafın gücünə inanıb bu növdə olan kitabları tez-tez oxuyursunuzmu? Əgər, cavabınız müsbətdirsə, onda məqaləmizdə qeyd etdiyimiz kitablar məhz sizin üçündür.

Həmçinin oxu: Həftənin Kitabları

1. “The 48 Laws of Power” – Robert Greene

Image result for The 48 Laws of Power Robert Greene

Bu kitabdakı bütün hekayələr iqtidar və güc mövzulu olması ilə yanaşı, kitab həmçinin saysız-hesabsız həyat dərsi, inanılması çətin tarixi hadisələr və əgər fərqli baxış bucağı ilə oxuyursunuzsa, iqtidardan düzgün istifadə etmə bacarığını özündə ehtiva edir.

2. “The 7 Habits of Highly Effective People” (“Yüksək effektli insanların 7 vərdişi”) – Stephen R.Covey

Müəllifin bu kitabı, iş və şəxsi həyatda uğurlu olmağınız üçün ehtiyacınız olan 7 vərdişi əks etdirir. Sözügedən 7 vərdiş – proaktiv olmaq (həyat üzərində şüurlu nəzarəti aparmaq, məqsədlər qoymaq və uğur əldə etmək üçün çox çalışmaq), sonunu görərək bir işə başlamaq, vacib işlərə öncəlik vermək, qalibiyyətə istiqamətlənmək, əvvəl başa düşməyə çalışıb sonra başa düşülməyi gözləmək, digər insanlarla gücünü birləşdirmək və davamlı inkişafa yönəlməkdir.

Kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.

3. Brayan Treysi – “Eat That Frog!” (“O qurbağanı ye!”)

Vaxtınıza və həyatınıza nəzarət etməyə yalnız düşüncə tərzinizi, işə yanaşmanızı və sonsuz öhdəliklərə münasibətinizi dəyişməklə nail ola bilərsiniz. Tapşırıq və işlərinizə, müəyyən işlərdən imtina və daha dəyərli işlərə daha çox diqqət ayırdığınız qədər nəzarət edə bilərsiniz.

Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. O qurbağanı yeyin – iş üsulunuzu imtahana çəkir, uğur qazanmağın mütləq olduğu daxili-intizamı izah edir və insanların yubatmağa yol verməklərinin səbəbini araşdırır. Sonra isə, məhsuldarlığınızı necə artıra biləcəyinizi sadə dildə izah edir.

Ən sərfəli kredit üçün müraciət et

4. Napoleon Hill – “Think and Grow Rich” (“Düşün və varlan”)

Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. “Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pulun əldə edilməsinin sirlərini açır və bu sirlərdən istifadə edən minlərlə insan nəinki zənginlik əldə edir, üstəlik dayanmadan onu artırır və eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir, zənginləşdirir.

Kitab, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

5. Deyl Karnegi – “How to Win Friends and Influence People” (“Dostları necə qazanmalı və insanlara təsir etməli”)

Kitabda söhbət kapitalizm şəraitində insanlar arasında münasibətlərdən getsə də, zənn olunur ki, müəllifin müşahidələrinin bir çoxu bizim mütəxəssislərimiz üçün də faydalı ola bilər. Kitab, rəhbərlər arasında, eləcə də rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlərlə bağlı məslələri özündə ehtiva edir.

Bu kitab sizə ən dəyərli vərdişləri əxz edəcəkdir.

6. Victor E. Frankl – “Man's Search for Meaning” (“İnsanın məna axtarışı”)

Image result for Man's Search for Meaning

XX əsrin öndə gələn psixiatrlarından Viktor E.Frankl otuzdan çox xarici dilə tərcümə olunan və bütün dünyada 15 milyondan artıq satılan “İnsanın məna axtarışı” əsərində yaratdığı loqoterapiyanın qanunlarını İkinci Dünya Müharibəsi əsnasında yığma düşərgədəki təcrübələri əsasında danışmaqdadır.

Oxucular, Franklın təsvir etdiyi yığma düşərgənin dünyanı daha böyük həbsxana olaraq qavramağımızı təmin edəcək parlaq bir metafora çevrildiyinin fərqinə varacaqdır. Qasset, Haydegger və Sartrdan agah olduğumuz düşüncələr işığında, mövcudluğun çətin şərtlərində "məna"nı kəşf etməyimizə kömək edəcək müddəti danışan Frankl, "insanı insan edən nədir?"sualına da cavab verməyə çalışır.

Həmçinin oxu: Həftənin Kitabları (2)

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et