Ölkəmizdə mobil pos-terminal xidməti istifadəyə verildi! | Banco.az

Ölkəmizdə mobil pos-terminal xidməti istifadəyə verildi!

Ənənəvi pos-terminalların istifadədə çətin və narahat olması ölkəmizin qabaqcıl sahibkarlarını yeni çıxış yolunun axtarmağa stimullaşdırmışdır. Bu axtarışların nəticəsi olaraq, yeni mobil ödəmə terminalı olan Epos.az yaranmışdır.

Epos.az – yerli sahibkarların ixtirası olub, onlar tərəfindən yaradılıb və inkişaf etdirilmişdir. Məqsəd isə müasir alış-verişin tələblərinə uyğun, çevik, sürətli ödəniş terminalını istifadəçilərin ixtiyarına verməkdir.

Ölkəmizdə ilk dəfə tətbiq olunan Epos.az, sahibkarlara, mağaza və müxtəlif peşə sahiblərinə müştərilərdən ödənişləri mobil pos-terminal vasitəsilə qəbul etməyə imkan verən mobil ödəmə terminalıdır.

Epos.az terminalı ənənəvi pos-terminallarla müqayisədə bir çox üstünlüklərə malikdir. Mobil terminaldan müddətli istifadə üçün heç bir xidmət haqqı tələb olunmur.

Epos sizə ödənişi istənilən zaman və istənilən yerdə qəbul etmək imkanı yaradır.  Terminal vaxtaşırı cərəyana qoşulmaqla uzun müddət işlək vəziyyətdə qala bilir. Kağız və kartric tələb olunmur – çek elektron formada hazırlanır. Həmçinin, məhsulun və ya xidmətin 18 aya qədər kreditləşdirilməsi imkanı da mümkündür. Ən əsası isə dövriyyəyə aid bank tərəfindən heç bir tələbin qoyulmur.

Mobil terminal əsasən aşağıdakı xidmətləri təklif edən şəxslər və müəssisələr üçün nəzərdə tutulub:

  • Taksi fəaliyyəti
  • Kiçik restoran və kafelər
  • Kuryer xidməti
  • Gözəllik salonları
  • Onlayn və oflayn ticarət

Eposla siz satışlarınızı və gəlirlərinizi (30-50%) artıra, sahibkarlar üçün nəzərdə tutulmuş biznes, maliyyə, mühasibat və digər konsultasiyalardan yararlana bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Mobil ödəmə pos terminalından istifadə ənənəvi terminallarla müqayisədə daha sərfəlidir.

Sistemdə qeydiyyat- pulsuzdur, illik xidmət haqqı  isə 0 AZN-dir. Terminalın saxlanması heç bir xərc tələb etmir. Kart oxuyucunun qiyməti  40 AZN,  hər bir əməliyyata görə komissiya - 2,95%-dir. Taksitləşdirmə üçün komissiya haqqı – seçilən taksit müddətindən asılı olaraq dəyişir (Bu funksiyadan imtina da etmək olar). Əlavə yığımlar – yoxdur.

Təhlükəsizlik baxımından Eposun unikallığını xüsusilə vurğulamaq vacibdir.  Müştəri məlumatı maksimal dərəcədə qorunur və şifrələnir. İnternet üzərindən aparılan hər bir əməliyyat məlumatın tam təhlükəsizliyini təmin etmək və eyni zamanda oğurluğun qarşısını almaq üçün sistem tərəfindən  bütün lazımı tədbirlər həyata keçirilir. Visa və Mastercard kartları ilə aparılan ödənişlər sistem tərəfindən ətraflı yoxlamadan keçir ki, bu da öz növbəsində məlumatın qorunmasını təmin edir.

Epos.az müştərilərinin terminalları tərəfindən keçirilən ödənişlər Bank of Baku tərəfindən həyata keçirilir.

Epos.az mobil aplikasiyasını  Google Play və App Store –dan telefona yükləmək mümkündür.

O cümlədən, Epos admin panel vasitəsilə sahibkarla öz işçilərinə nəzarət etmək və hesabatlarla tanış olmaq kimi əlavə imkanlar da yaradır

Ən sərfəli krediti almaq üçün müraciət et