Ölkədən 457 milyon dolların çıxmasına səbəb olan idxal - 2 DƏFƏ ARTIB | Banco.az

Ölkədən 457 milyon dolların çıxmasına səbəb olan idxal - 2 DƏFƏ ARTIB

2018-ci ildə Azərbaycana 26 min 147 ədəd minik avtomobili, 2 min 300 ədəd yük avtomobili, 297 ədəd avtobus idxal olunmuşdur.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, bütün nəqliyyat vasitələrinin idxalına 456 milyon 749 min dollar xərclənib.

Ötən il 407 milyon 634 min dollar dəyərində 26 min 147 ədəd minik avtomobili idxal edilib. İdxal  miqdar ifadəsində 2,3  dəfə, dəyər ifadəsində  isə 1,9 dəfə artıb.

2018-ci ildə 15 milyon 875 min dollar dəyərində 297 ədəd avtobuslar idxal edilib. İdxal miqdar ifadəsində 1,6 dəfə, dəyər ifadəsində isə 43% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il 33 milyon 241 min dollar dəyərində 2300 ədəd yük avtomobili idxal edilib.Yük avtomobillərinin idxalı miqdar ifadəsində 1,9 dəfə, dəyər ifadəsində  isə 2 dəfə artıb.

Eyni zamanda, avtomobilləri üçün ehtiyat hissələrinin idxalı ölkədən millyonlarla dolların çıxmasına səbəb olub. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et