Ölkədə iri depozitlərin həcmi artıb | Banco.az

Ölkədə iri depozitlərin həcmi artıb

Azərbaycanda 2016-cı ilin ilk rübündə bank depozitlərinin ümumi həcmində azalma müşahidə olunsa da, sonrakı üç rüb ərzində yalnız orta və iri məbləğli depozitlərin həcmi artıb. 

Bu barədə Palatanın şöbə müdiri Rüstəm Tahirov "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən VI illik konfransında çıxışı zamanı bildirib. 

Şöbə müdirinin verdiyi məlumata görə, Azərbaycanda 2016-cı ilin ilk rübündə 50 min manatadək olan depozitlər 361 mln. manat, 50-500 min manatlıq depozitlər 345 mln. manat, 500 mindən artıq olan iri depozitlər isə 400 mln. manat azalıb. Ötən ilin qalan hissəində isə bu depozitlər üzrə müvafiq olaraq 219 mln. manat azalma, 195 mln. və 99 mln. manat artım müşahidə olunub. 

Ən sərfəli kredit üçün müraciət et

R.Tahirov qeyd edib ki, fərdi depozitlər azalma göstərdiyi halda, korporativ depozitlər artaraq azalmanı kompensasiya edib. Həmçinin, əmanətlərin dövlət tərəfindən tam həcmdə sığortalanması bank sistemindən depozitlərin çıxarılmasını 3 dəfə azaldıb.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et