Ölkə iqtisadiyyatına yeddi ayda 9,8 milyard manat investisiya qoyulub | Banco.az

Ölkə iqtisadiyyatına yeddi ayda 9,8 milyard manat investisiya qoyulub

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bu ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 9 mlrd. 75 mln. 5 min manat vəsait yönəldilib.

Gün.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 72,7 faizi tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3 faiz, tikinti quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 13 faiz artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 6 mlrd. 140 mln. 7 min manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 2 mlrd. 934 mln. 8 min manat vəsait yönəldilib. Ümumi sərmayənin 48,5 faizi dövlət, 51,5 faizi isə qeyri dövlət müəssisələrinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,8 faizini təşkil edib, onun 65,0 faizi dövlət, 35 faizi isə qeyri dövlət bölməsinin payına düşüb.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5 mlrd. 103 mln. 6 min manat, bank kreditləri 332,7 milyon manat, büdcə vəsaitləri 3 mlrd. 166 mln. 2 min manat, büdcədənkənar fondların vəsaitləri 161,2 milyon manat, əhalinin şəxsi vəsaitləri 253 milyon manat, sair vəsaitlər 58,8 milyon manat təşkil edib.


Gün.Az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et