Ölkə iqtisadiyyatına kredit qoyuluşları 13.5 milyard manat olub | Banco.az

Ölkə iqtisadiyyatına kredit qoyuluşları 13.5 milyard manat olub

Kreditlərin iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsirləri qaçılmazdır. İstər biznes kreditləri, istərsə də istehlak kreditləri iqtisadiyyata öz müsbət təsirlərini göstərir. Biznes kreditləri ölkənin iqtisadiyyatına birbaşa təsir etdiyi halda, istehlak kreditləri dolayı olaraq təsir göstərir. Belə ki, hər hansı bir hüquqi və ya fiziki şəxs kredit götürüb yeni fəaliyyətə başlayarkən icarəyə obyekt götürür, əmək ehtiyatlarına, fiziki kapitala (avadanlıqlara) tələb yaradır.  Bunun qarşılığında torpaq sahibinə renta, işçiyə əmək haqqı verir. Nəticədə, işsizliyin azalmasında, rifahın yaxşılaşmasında, iqtisadiyyatın digər sahələrinin canlanmasında, eyni zamanda istehlakçıların tələbatının ödənilməsində əhəmiyyətli rol oynamış olur. İstehlak kreditlərinə gəldikdə isə fərdin bir elektrotexnika məhsulu üçün götürdüyü kredit onu satan və istehsalçı şirkət üçün əlavə tələb yaradaraq iqtisadiyyatı dolayı yolla inkişaf etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin birinci yarımilində ölkə iqtisadiyyatına qoyulan kreditlərə baxdıqda yarımilin əvvəlindən sonuna kredit qoyuluşları 597.9 milyon manat artaraq 13 milyard manat olmuşdur. Bu kredit qoyuluşlarının 81%-i özəl bankların, 16%-i dövlət banklarının, qalan 3%-i isə bank olmayan kredit təşkilatlarının payına düşür. İqtisadiyyata kredit qoyuluşlarında bankların payı aylar üzrə artsa da, bank olmayan kredit təşkilatları üçün bu pay yanvar ayından etibarən 7 milyon manat azalmışdır.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et