Ödənişli Facebook nə qədər olacaq? | Banco.az

Ödənişli Facebook nə qədər olacaq?

Cambridge Analytica skandalı ilə problemlərdən qurtula bilməyən Facebook yeni dəyişikliklər edir.

Bu yeniliklərdən biri ödənişli Facebook platformasının yaradılmasıdır. Məlum olduğu kimi, Facebook-un iş modeli əsasən istifadəçilərin reklamlara hədəflənməsini təmin etməkdir.

Beləliklə, yeni ödənişli Facebook-da istifadəçilər artıq reklamlarla qarşılaşmayacaq. Xatırladaq ki, ötən günlərdə şirkətin rəhbəri Mark Zuckerberg ABŞ Senatının sullarına cavab verməkdə çətinlik çəkib. O, elə ifadəsi zamanı bu yeniliklərin olacağını da bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ödənişli xidmətdən yararlanmaq istəməyən istifadəçilər əvvəlki qaydada tətbiqdən istifadə edəcək. Məlumata görə, ödənişli xidmətdən istifadə qiyməti isə ilkin olaraq 7 dollardan başlayacaq. Analtiklərin araşdırmasına görə, bu miqdar 11-14 dollara qədər yüksələ bilər.

xeberler.az

Ən sərfəli krediti almaq üçün müraciət et