Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2№li əlavəsinə dəyişikliklər edilib | Banco.az

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2№li əlavəsinə dəyişikliklər edilib

Bu əlavə vergi ödəyiciləri tərəfindən bəyannamənin "Göstəricilər" üzrə müvafiq xanalarında qeyri-rezidentə aid məlumat göstərildiyi halda tərtib və təqdim edilir. Əlavənin müvafiq bölmələrində bəyannamənin "Göstəricilər" üzrə qeyri-rezidentə aid sətir kodlarının xanalarında rəqəmlər qeyd olunub, qeyri-rezident hüquqi şəxslərə aid sətirlərin kodları, gəlir əldə edən qeyri-rezident hüquqi şəxsin tam adı, rezident olduğu ölkənin adı, rezident olduğu ölkədə VÖEN-i, rezident olduğu ölkədə qeydiyyat ünvanı, ödənilmiş gəlir məbləği (manatla), tutulmuş vergi məbləği (manatla), ödənişin aid olduğu dövr (işlərin görüldüyü, xidmətlərin göstərildiyi ay) və ödəniş tarixi yazılır. Əlavədə qeyd edilməsi zəruri olan məlumat olmadığı halda, yəni bəyannamənin müvafiq sətirlərində göstəricilər qeyd olunmadıqda əlavənin təqdim edilməsi məqsədəuyğun hesab olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et