Obamanın namizədliyi dövründə marketinq kampaniyasının böyük rolu – Foto + Video | Banco.az

Obamanın namizədliyi dövründə marketinq kampaniyasının böyük rolu – Foto + Video

Demokrat partiyasından namizədliyini irəli sürən Barak Obama prezidentliyə namizədliyini verməmişdən öncə, onun kampaniya komandası tərəfindən loqo hazırlanmışdı. Obamanın loqosu Amerika bayrağının rəngləri və doğan günəşi simvolizə edirdi.

Həmçinin, 2 həftəlik çalışmanın nəticəsi olaraq kampaniya üçün www.barackobama.com adlı internet saytı hazırlanmış və istifadəyə verilmişdi.

Obamanın fevralın 10, 2007-ci ildə “Namizəd deklarasiya”sı nitqi o qədər effektiv oldu ki, (“Rəqəmsal dövrdə rəqabət etmək üçün iqtisadiyyatı yenidən formalaşdıran nəsil bizim nəslimiz olsun. Məktəblərimiz üçün yüksək standartlar müəyyən edək. Onların uğurlu olmaları üçün ehtiyac duyduqları mənbələri onlara verək. Yeni müəllim ordusu quraq, daha çox məsuliyyətin qarşılığında onlara daha yüksək maaş və daha çox dəstək verək.

Universitetə getməyi maddi cəhətdən asanlaşdıraq. Elmi araşdırmalar üçün investisiya edək. Amerikada səfalətə nöqtə qoyan nəsil Biz olaq. Çalışmaq istəyən hər kəs iş sahibi olsun. Vətəndaşlarımız borclarını ödəsin. Övladlarının qayğısına çatacaq qədər də pul qazansın. Gəlin, bunu həyata keçirdək”- Obamanın 10 fevral nitqindən bir hissə -red.”) həmin günü 4,5 milyon nəfər onun veb saytına daxil oldu. Sayta yüklənmə çox olduğundan dolayı çökdü. Daha sonra Chris Hughesin rəhbəri olduğu komanda tərəfindən Obamanın saytı yenidən yazılmağa başlandı.

C.Hughsin komandası tərəfindən Obamanın saytı 1,5 ay müddətində yeniləndi. Yenilənmiş www.barackobama.com saytı Obama kampaniyasına sosial platformalar üzərindən dəstək verilməsi ilə yanaşı, Obamanın çıxışlarının olduğu konfranslara insanların daha çox qatılmasını və namizədlərin seçki qutularına yönəlməsini təmin etdi.

“Facebook”un təsiri

C.Hughes Obamanın kampaniyası dövründə 4 il öncə Harvardda tələbə idi. Otaq dostları Mark Zuckerberg və Dustin Moskovitz ilə bərabər “Facebook”un yaradılması prosesində iştirak etmişdir. Huges Obamanın kampaniyasının başladığı 2007-ci ildə “Facebook”dan ayrıldı. Obamanın onlayn platformalarda tanıdılması üçün işə başladı.

Universitetdə tarix və ədəbiyyat fakültəsində oxuyan C.Hughes “social networking” üzrə magistr təhsili almışdı. Onun bu təhsil və təcrübəsi kampaniyanın nəticəsinə doğurdan da təsir etmişdi.

Hughesin qurduğu sistem hesabına insanlar, məsələn, Iowadakı seçimlərdə çox bəsit şəkildə kimin harada, nə üçün, nə etdiyi ilə bağlı fikir əldə edə bilirdi.

Obamanın kampaniyası üçün “Facebook”a oxşar yeni sosial platformanın yaradılması bu iş üçün ideal idi. Çünki, sosial platforma könüllülərin şəxsi əlaqələrini idarə etmək üçün son dərəcə ucuz və təsirli bir üsul idi.

Obamaniac

Başqa bir sayt olan www.mybarackobama.com saytında isə Obamaniac adlanan Obama fanatikləri öz bloq postlarını paylaşa bilirdilər. “MyBo” adı ilə də tanınan sayt 400 mindən çox istifadəyə çatdı.

Yeni media qazandırır

“The Marketing of Political Parties” kitabının müəllifi Dr. Jennifer Less-Marchmentr, “Obama Hərəkat”ının bu saytdan qaynaqlandığını iddia edir və əlavə edirdi:

“E-marketinq və onlayn kampaniyalar, bu müddətdə, yeni bir əlaqə vasitəsi olmaqdan çıxdı. Köhnə tərz ilə üzbəüz, birbaşa əlaqənin yerini almış oldu.

Foto: Chris Hughes

Əvvəlki ilə müqayisə edilməyəcək qədər kosmik bir sürət ilə... Sistemə daxil olan yüzminlərlə insan onlayn məcrada hazırlanan manifestonun ortaq yazarları oldular. Artıq ortadakı siyasi məhsulun yaradıcısı, təkcə Obama deyildi. Yüzminlərlə insanın məhsulu idi”, - deyə Auckland Universitetinin Siyasi Marketinq İxtisası üzrə pedaqoqu deyib.

Ən sərfəli kredit üçün müraciət et

Hədəf kütlə, gənclər və ümidsizlər

Seçim kampaniyasında təsirli ola biləcək ən önəmli kütlə gənclər idi. Buna görə də, Obama ilk növbədə gəncləri qazanmağa çalışdı. Çünki, gənclər, xüsusilə də ilk dəfə səsvermədə iştirak edəcək gənc kütlə siyasət və siyasətçilərə qarşı maraqsız idilər. Onlar səsvermədə iştirak edəcək böyük kütlə hesab olunurdu.

O, əvvəlki işyerlərində əldə etdiyi təcrübəyə əsasən gəncləri çox yaxşı tanıyırdı. Obama yaxşı bilirdi ki, 18-25 yaş aralığında olan gənclər TV izləmir, qəzet, jurnal oxumurlar. Onlar bir hekayənin dinləyicisi olmaq əvəzinə, onun bir parçası olmaq istəyirdilər.

Gənclər internet və mobil əlaqə cihazları ilə yaşayır, danışır, foto və video çəkirlər. Onların maraq dairəsində olan hadisələrə isə texnologiyanın onlara təklif etdiyi imkanlar hesabına reaksiya verir və onun yönünü dəyişirdi. Köhnə nəsilin anlamadığı və fikir vermədiyi bu nüansı Obama çox yaxşı başa düşürdü.

Obamanın kampaniyasının ilk mesajları əsl gənclərin davranışlarını xarakterizə edən SMM və e-maillər ilə namizədlərə çatdırıldı. Seçim kampaniyası üçün yenidən dizayn edilən www.barackobama.com saytının altında gəncləri qəlbindən fəth edən sosial platforma özəllikləri əlavə edilmişdi.

Əsas sayta bağlı olan mikro xeyriyyə linki əlavə edilmişdi. Göndərilən davamlı mesajlarla insanlardan Obamanın seçim kampaniyasına xeyriyyə üçün əlavə miqdarlar verilməsi istənilirdi.

Mobil kampaniyalarda cib telefonlarına əlaqə qurulur, ağızdan-ağıza marketinq (Word Of Mouse Marketing) kampaniyaları ilə gündəm yaradılırdı. Həftədə bir neçə dəfə göndərilən e-mail mesajları ilə gəncləri kampaniya könüllüsü olmağa dəvət edilirdi. Kampaniyada önə çıxan könüllülər bloq açmaları üçün təşviq olunurdu.

Digital çevriliş

Qısa müddət sonra gənclərin nələrə sahib ola biləcəyi ortaya çıxmağa başladı. Məsələn, Joe Antony adlı Obama könüllüsü, “MySpace”də 160 mindən ibarət dostlar qrupu yaradır.

Obamanın “Facebook”, “MySpace” saytlarındakı səhifələri gənclər tərəfindən bəyənilirdi. Bu səhifələrə gənclər tərəfindən şərh və tanışlıq hekayələri də gənclik hədəfli Obaman siyasətinin hədəfinə çatdığını göstərirdi.

Cəmiyyətdəki iş, irq, yaşından asılı olmayaraq bütün gənclərə təsir etmək üçün Obama və komandası çox səy göstərdi. Bütün universitet şəhərcikləri, başqa sözlə harda gənc var idisə, ora gedilirdi.

Onlayn dünyada gənclərin çox olduğu “Facebook”, “YouTube”, “Twitter” kimi saytlarda çeşidli mexanizmlər ilə kampaniyalar edilirdi, çeşidli beynəlxalq problemlə haqqında səs verəcək şəxslərin fikirlərini öyrənmək üçün davamlı olaraq onlayn anketlər sorğular aparılırdı.

Obama sadəcə partiya üçün yarışda deyil, bütün kampaniya müddətində gənclər də daxil olmaqla bütün tərəfadarlarını internet və yeni texnologiyalardan istifadə edərək, davamlı olaraq məlumatlandırdı. Onları hər an harda, nə etdiyi mövzusunda xəbərdar etdi. Bunun nəticəsində, hər getdiyi yerdə daha öncə görülməmiş böyük insan kütləsi ilə birlikdə ola bilirdi.

Gənclər onlayn “social network”ləri və yeni medianı etnik qrup kimi onları ayıran ənənəvi baryerləri aradan qaldırmaq üçün istifadə edirdilər.

Bundan başqa, Obamanın Amerika mədəniyyətinə çox da tanış olmayan “əyləncəli” ada sahib olması, qeyri-adi həyat tərzi onu gənclərə qəbul etdirmiş və sevdirmişdi.

Xatırladaq ki, ABŞ-da 2007-ci ildə prezident seçkiləri dövründə iki böyük rəqib var idi. Bunlardan biri Cümhuriyyətçi Partiyasını təmsil edən Hillari Klinton və digəri isə haqqında yuxarıda bəhs etdiyimiz Demokratlar Partiyasını təmsil edən Barak Obama idi. Kampaniya dövründə Hillari Klinton Billari olaraq da ifadə edilirdi. Çünki Hillarinin prezident olması həyat yoldaşı, keçmiş prezident Bill Klintonun zəfəri demək idi. Yəni, Hillarinin qələbəsi əslində Bill Klintonun da zəfəri idi.

Mütəxəssislər deyir ki, Hill Klintonun prezident seçkilərində qələbə qazanmamasının səbəbi seçki kamaniyası dövründə iki imicdə görünməsi idi. Belə ki, o gah Obamaya qarşı yumşaq imic nümayiş etdirir, digər yandan isə rəqibinə qarşı kobud və qəddar kampaniyalar təşkil edirdi. Bu isə onun seçicilər tərəfindən nüfuzuna zərər edən amil kimi qiymətləndirilir.

Mənbə: facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et