Noyabr ayında daha 80 min avtomobil icbari sığortalanıb | Banco.az

Noyabr ayında daha 80 min avtomobil icbari sığortalanıb

Bu ilin noyabr ayında 80,795 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığota Bürosuna istinadən məlumatına görə, icbari sığortalanan avtomobillərin 19,2 minə qədəri xarici ölkədə qeydiyyatda olan və Azərbaycana tranzit məqsədilə daxil olan maşınlar təşkil edib. Bu dövrdə bağlanan icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 milyon manatdan çox olub. Bu ötən ilin noyabrında yığılan sığorta haqlarından 9,2% artıydır.
Ümumilikdə, 2013-cü ilin yanvar-noyabr ayları ərzində  “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 856,3 min sığorta müqaviləsi bağlanıb. Bu müqaviləllər üzrə daxil olan sığorta haqlarının məbləği 65,4 milyon manat təşkil edib.
Noyabr ayında avtomobillərin icbari sığortası üzrə orta sığorta haqqı 78,6 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et