Novruzda ən ucuz turlar – QİYMƏTLƏR | Banco.az

Novruzda ən ucuz turlar – QİYMƏTLƏR

Novruz Bayramında ölkədə 9 gün (18-26 mart) iş olmayacaq. Bu istirahət günlərində turizm şirkətləri xarici ölkələrə, ölkənin bölgələrinə bir neçə günlük tur təşkil etməklə yanaşı, daha az büdcəli bir günlük turlar da təşkil edirlər.

Banco.az xəbər verir ki, Turizmfins.az Novruz bayramında Turda.Az-ın təşkil etdiyi turları və qiymətləri təqdim edir.

22 mart - Şəki-Qəbələ turu- 23 manat

23 mart - Masallı- Yardımlı turu- 23 manat

24 mart- Quba-Qusar-Ləzə turu-22 manat

25 mart - Qəbələ turu-21 manat

Sadalanan turlara nəqliyyat xidməti, çay süfrəsi, bələdçi, fotosessiya və yol boyu əyləncəli oyunlar daxildir.

Qeyd edək ki, bütün sadalanan turlar göstərilən tarixlərdə 06:30-da N.Nərimanov metrosunun qarşısında toplaşmaqla başlayacaq. 5 yaşa qədər uşaqların turda iştirakı pulsuzdur. Bundan başqa 11 nəfərlik qrupda 11-ci şəxs turda pulsuz iştirak edə bilər.

Gerso travel”

Bayram günlərində digər bir günlük tur təşkil edən “Gerso travel” turizm şirkətidir. Şirkətin bir günlük turlarını təqdim edirik.

Ən sərfəli kredit üçün müraciət et

19 mart - Quba turu – 20 manat

20 mart - Qəbələ turu – 21 manat

21 mart - Qəbələ-Şəki turu – 23 manat

24 mart - Quba-Qusar-Laza turu 23 manat

Tura nəqliyyat, bələdçi, fotosessiya, çay süfrəsi, yol boyu əyləncəli oyunlar daxildir. Qeyd edək ki, səyahətə Tofiq Bəhrəmov adına stadionun qarşısında saat 06:30 toplandıqdan sonra başlanılacaq.

Atlas travel”

Bayram günlərində bölgələrə bir günlük tur təşkil edən şirkətlərdən biri də “Atlas travel” turizm şirkətidir. Turların tarixləri və qiymətləri isə belədir:

22 mart- Şəki-Qəbələ turu 23 manat

23 mart- Masallı-Yardımlı turu 23 manat

24 mart - Quba-Qusar-Laza turu 22 manat

Tura nəqliyyat, bələdçi, fotosessiya, səhər yeməyi daxildir. Sadalanan turlar göstərilən tarixlərdə 06:30-da N.Nərimanov metrosunun qarşısında tur iştirakçıları toplandıqdan sonra başlayacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et