Növbəti sosial evlər satışa çıxarılır | Banco.az

Növbəti sosial evlər satışa çıxarılır

Mənzil İnşaatı Dövlət Agentliyi "Güzəştli mənzil" sisteminin istifadəçilərinə yenidən müraciət edib. Bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, istifadəçilər mənzil seçimi prosesindən öncə elektron kabinetinin hər hansı bölməsindən (məsələn: "Bildirişlər", "İlkin razılıq qərarı" və s.) əsas səhifəyə qayıtmaq istəsələr, onlara brauzerin "back" və ya "forward" düymələri əvəzinə "Şəxsi kabinet" və ya "Geriyə" düymələrindən istifadə etmələri tövsiyə olunur. Bununla sistemdən istifadə daha rahat olacaq və əlavə vaxt itkisinin qarşısı alınacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə növbəti satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et