"Nordavia" Peterburq-Bakı aviareysini qışda da icra edəcək | Banco.az

"Nordavia" Peterburq-Bakı aviareysini qışda da icra edəcək

Rusiyanın "Nordavia" şirkəti Sankt-Peterburq–Bakı aviareysini qış mövsümü (2019-cu ilin oktyabrın 27-dən 2020-ci ilin martın 28-dək) cədvəlinə daxil edib.

Aviaşirkətdən verilən məlumata görə, "Nordavia"nın sərnişinləri cari ilin iyulun 25-dən etibarən açılan Sankt-Peterburq-Bakı aviareysindən ilk dəfə olaraq qışda da yararlana biləcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Uçuşlar hər həftənin IV və VI günləri yerinə yetiriləcək. Sözügedən marşrut üzrə artıq biletlərin satışına başlanılıb.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et