Nobel mükafatlı iqtisadçıdan durğunluq xəbərdarlığı | Banco.az

Nobel mükafatlı iqtisadçıdan durğunluq xəbərdarlığı

Nobel mükafatlı iqtisadçıya görə, qlobal iqtisadiyyatın bu il durğunluğa girməsi ehtimalı var.

Bazar iştirakçıları, ABŞ - Çin ticarət müharibələrinin şirkət və istehlakçı etibarına zərər verməsi səbəbilə gələcək aylarda ciddi iqtisadi çətinlik gözləyirlər. 

Dubaydakı Dünya Hökumətlər Zirvəsində çıxış etmiş Nobel mükafatlı iqtisadçı Paul Krugman gələcək aylarda durğunluq olub-olmayacağı barədə suala, "Güman edirəm ki, bu il və ya gələn il qlobal iqtisadiyyatın durğunluğa girməsi ehtimalı yüksəkdir" - deyib. 

Krugman sadəcə bir hadisənin iqtisadi tənəzzülə səbəb olmayacağını, bir sıra iqtisadi qeyri-müəyyənliklərin yavaşlamanı artıracağına diqqət çəkib. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Trampın vergi güzəştlərinin narahatlıqlardan biri olduğunu bildirən Krugman proqramın çox effektiv olmadığını dilə gətirib. Krugman hazırda Avro Zonasının durğunluğa yaxın göründüyünü bildirib.

Avropa Komissiyası ötən həftə Avro Bölgəsinin 2019 və 2020-ci illər üzrə artım proqnozlarını kəskin aşağı salıb. Bu da qlobal iqtisadi artıma dair narahatlıqları gücləndirib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et