Nizamnamə kapitalına görə sığorta şirkətlərinin REYTİNQİ | Banco.az

Nizamnamə kapitalına görə sığorta şirkətlərinin REYTİNQİ

İqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə fikir formalaşdırmağa imkan verən ən vacib göstəricilərdən biri nizamnamə kapitalıdır.

İqtisadi subyektin sabit kapitalı olan nizamnamə kapitalının dəyişdirilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır. Göründüyü kimi nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.

Banco.az olaraq, sığorta şirkətlərinin nizamnamə kapitalına görə reytinqini hazırladıq. Siyahıdan nizamnamə kapitalına görə sığorta şirkətlərinin ardıcıllığı ilə tanış ola bilərsiniz:

Sığortaçının adı

Nizamnamə kapitalı

(manat)

“Paşa Sığorta”

50 000 000

“Xalq Sığorta”

44 709 500

“Paşa Həyat Sığorta”

40 250 000

“AZSIĞORTA”

20 300 000

“AXA MBASK” Sığorta

19 733 738

“İpək Yolu Sığorta”

14 770 000

“Meqa Sığorta”

14 500 000

“Qala Həyat” Sığorta

12 870 000

“AtaSığorta”

12 400 000

“Azərbaycan Sənaye Sığorta”

11 000 000

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

9 000 000

“Bakı Sığorta”

8 925 439

“Rəvan Sığorta”

8 900 071

“Qala Sığorta”

8 050 000

“Günay Sığorta”

7 700 000

“Atəşgah Həyat” Sığorta

6 500 000

“Atəşgah” Sığorta

5 008 500

“Amrah Sığorta”

5 000 000

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et