Nikola Teslanın 3 Böyük İxtirası | Banco.az

Nikola Teslanın 3 Böyük İxtirası

Hər səhər yeməyindən öncə yeni bir ixtira edəcəyinə inanan Teslanın təxminən 300 icadının olduğu bilinir. Bu icadlardan biri olan alternativ cərəyanla bağlı Tomas Edison ilə danışmağa getdiyində Edisonun cavabı belə olmuşdu: “Vaxtını hədər etmisən, alternativ cərəyanın gələcəyi yoxdur”. Gözlədiyini əldə edə bilməyən Teslanın həyatı çətinliklər içində keçmiş və yaşamaq üçün gündəlik işlərdə işləmək məcburiyyətində qalmışdır.

Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu – bu xəstəlik barəsində daha ətraflı wikipedia-dan oxuya bilərsiniz) olan Tesla ömrünün axırına qədər ucuz otellərdə yaşadı. Həyatının sonlarında dostları ancaq göyərçinlər idi. Bir gün jurnalistə bunları dedi: “İllərdir göyərçinləri bəsləyirəm, minlərlə göyərçini. Biri fərqli idi, dişi bir göyərçin idi. O, göyərçini bir kişinin bir qadını sevdiyi kimi sevərdim və o da məni sevərdi. Ona sahib olduğum müddətdə həyatımın bir anlamı var idi.” Sevdiyi göyərçini ölən zaman bu sözləri demişdi: “O işıq söndüyündə mənim içimdə də bir işıq söndü”.

1) Elektrik Mühərrikləri

Ən sərfəli kredit üçün müraciət et

Teslanın icad etdiyi induksiya mühərriki sayəsində mədəniyyətimizi tez bir zamanda inkişaf etdi. Sənayedə də çox önəmli bir yerə sahib olan bu mühərrik evlərimizdə istifadə edilən əşyalardan tutmuş su motorlarına və kompressorlara qədər hazırda istifadə etdiyimiz bir çox şeyin təməlidir.

2) Radio və Uzaqdan İdarə

Uzaqdan idarə – elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir (wikipedia). Bu texnologiya radio siqnallarının bir parçası idi. Tesla batareyalı qayığın sükanını, işıqlarını və pərvanəsini radio dalğaları ilə uzaqdan idarə edə bilirdi. Bu ixtira sayəsində günümüzdə istifadə edilən pultlar həyatımızı asanlaşdırır. Radionun kimin tərəfindən icad edildiyi müzakirə mövzusu olsa da, ölümündən sonra patent Teslaya verildi.

3) Lazer texnologiyası

Tibb sektorunda olduqca böyük önəmə sahib olan lazer texnologiyası Teslanın icadlarından biridir. Eyni dövrdə başqa elm adamlarının da lazer üzərində tədqiqatlar apardığı bilinməkdədir.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et