NIKOIL Bank xeyriyyə aksiyaları keçirdi | Banco.az

NIKOIL Bank xeyriyyə aksiyaları keçirdi

İyunun 1-də, NIKOIL Bank sosial korporativ məsuliyyət proqramı çərçivəsində Beynəlxalq Uşaqlar Günü və Ramazan Bayramına həsr olunmuş iki xeyriyyə aksiyası keçirdi.

Bank heyyəti Şağan kəndində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssəsinə baş çəkdi və əyləncə gecəsi təşkil edib, kiçik dostlara sevinc bəxş edərək, bayram hədiyyələrini təqdim etdi. Bankın təşəbbüsü ilə, Bakıxanov qəsəbəsində müqəddəs dini Ramazan bayram ilə əlaqədar olaraq, "İmam Rza" məscidində ənənəvi bayram iftarı təşkil olundu. Duaların oxunması ilə başlayan və axşam namazı ilə sona çatan mərasim, 150-dən çox oruc tutan şəxsiniştirakı ilə keçirildi. İftar iştirakçıları NIKOIL Bank tərəfindən dini dəyərlərə yüksək qiymət verilməsini qeyd edərək, minnətdarlıqlarını bildirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkələrdə rəsmi səhifələrinin ünvanları:

https://www.facebook.com/nikoilbank

https://www.instagram.com/nikoilbank

 

Ən sərfəli krediti almaq üçün müraciət et