Netflix abunəçilərinin sayını açıqladı | Banco.az

Netflix abunəçilərinin sayını açıqladı

Netflix abunə sayının 150 milyona çatdığını bildirdi. 2019-cu ilin I rübünün nəticələrinə görə abunəçilərin ümumi sayı 148,86 milyon oldu.

Şirkətin açıqladığı nəticələrə görə tərtib edilən məlumatlar aşağıdakılardır:

  • 2019-ci ilin I rübündə gəlir 4,5 milyard dollar təşkil edib. 2018-ci ildə 3,7 milyard dollar olan gəlir 22 faiz artmışdır. 2-ci rüb üçün gəlir proqnozu 4,928 səviyyəsində müəyyən edilmişdir.
  • 2019-cu ilin I rübündə ümumi abunəçilərin sayı 148,86 milyon təşkil edib. Ötən ilin eyni dövründə abunəçilərin ümumi sayı 118,9 milyon təşkil edib. Ümumi artım 25,2% olaraq qeyd edildi.

Abunəçilərin payı belədir: 148,26 milyon abunəçisinin 60,23 milyonu ABŞ-dan, 88,63 milyonu isə beynəlxalq abunələrdəndir. Sınaq abunəliyinə dair digər məlumatlar: ABŞ-da 1,56 milyon pulsuz abunə, beynəlxalq bazarda isə bu rəqəm 5 milyon olub.

Ən sərfəli kredit üçün müraciət et

Ödənişli abonentlərin sayı ABŞ-da 1,76, beynəlxalq bazarlarda isə 7,86 mln təşkil edib.

Netflix-də ən çox izlənilən serial və filmlər: Umbrella Academy (ilk dörd həftədə 45 milyon), Bird Box (ilk dörd həftədə 52 milyon) və The Highwaymen (ilk dörd həftədə 40 milyon).

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et