Nərgiz Nəsrullayeva Şahmar Mövsümovun müşaviri təyin olunub | Banco.az

Nərgiz Nəsrullayeva Şahmar Mövsümovun müşaviri təyin olunub

Nərgiz Nəsrullayeva Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

ARDNF-dən verilən məlumata görə, N.Nəsrullayeva bu təyinata qədər Landmark iş mərkəzinin biznes əməliyyatlar üzrə direktoru, “Regus Business CentreTrading Ltd” Bakı filialında Biznes Mərkəzinin meneceri, “HSBC Bank Middle East” Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifələrində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

2004-2015-ci illər ərzində Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) icraçı direktoru olub.

N.Nəsrullayeva Qərb Universitetinin İqtisadiyyatın qanuni tənzimlənməsi fakültəsində bakalavr təhsili, ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəetmə məktəbində Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsini alıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et