Nəhəng bank Azərbaycan üzrə 5 illik yeni strategiyasını təsdiq edib | Banco.az

Nəhəng bank Azərbaycan üzrə 5 illik yeni strategiyasını təsdiq edib

Asiya İnkişaf Bankı 2019-2023-cü illər üçün nəzərdə tutulan Azərbaycan üzrə yeni beş illik strategiyanı təsdiq edib. Bu barədə bankdan məlumat verilib.

Yeni strategiya 3 strateji prioritetdən ibarətdir: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi.

“Yeni strategiya bizə ölkənin vacib inkişaf dövründə Azərbaycanın tələblərinə uyğunlaşmaq imkanı verir. Strategiya özəl sektora dəstəyi gücləndirməyə, insan kapitalının inkişafına daha çox zaman ayırmağa, bilik mübadiləsini genişləndirməyə imkan yaradacaq və daha innovativ maliyyə həlləri üçün şərait yaradacaq”, - bankın məlumatında AİB-nin Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekovun sözlərindən sitat gətirilir.

Yeni strategiyaya əsasən, AİB analitik fəaliyyət, texniki dəstək və hökumət təşkilatlarının potensialının möhkəmləndirilməsi vasitəsilə struktur islahatların dəstəklənməsinə xüsusi diqqət ayıracaq.

Ən sərfəli kredit üçün müraciət et

O cümlədən, bank yüksək texnologiyalar və innovativ layihələrin selektiv kreditləşməsi üzərində işləyəcək.

Həmçinin, AİB 5 illik dövr ərzində Azərbaycanın özəl sektorunda əməlyyatları artırmaq və maliyyə inklüzivliyinin artması məqsədilə tərəfdaşlıq münasibətləri qurmağı planlaşdırır.

“O cümlədən, bank milli valyutada kreditləşmə imkanlarını təhlil etmək niyyətindədir”, - sənəddə qeyd olunur.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya 4,2 mlrd. dollar məbləğində kredit ayırıb.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et