Neftin qiyməti minimum 62-63 dollar/barrel səviyyəsində olmalıdır | Banco.az

Neftin qiyməti minimum 62-63 dollar/barrel səviyyəsində olmalıdır

Neftin qiyməti minimum 62-63 dollar/barrel səviyyəsində olmalıdır.

Qətərin energetika naziri Saad al-Kaabi bu fikirdədir.

O, neftin qiymətinin ən aşağı səviyyəsinin 62-63 dollar/barrel olmasının vacibliyini qeyd edib. Bildirib ki, daha aşağı səviyyə neft bazarına mənfi təsir göstərəcək.

Nazir ölkəsinin yeni enerji strategiyasının daha çox təbii qaza fokuslanmaq olduğunu bildirib: “Qətərin OPEC-ə üzvlükdən çıxması da bu istiqamətdə atılan addımdır. OPEC bizim strategiyamız üçün böyük bir fayda vermir”.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən günlərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et