Neftin qiyməti 40 dollara düşəcək – PROQNOZ | Banco.az

Neftin qiyməti 40 dollara düşəcək – PROQNOZ

“Bloomberg” agentliyi tərəfindən keçirilən sorğuya əsasən, dünya neft ehtiyatlarında artım müşahidə edilməsinə baxmayaraq, bu ilin sonuna qədər neftin qiymətinin cari səviyyədən 16% yüksək olacağı bildirilir. 

Forexpf.ru” saytına istinadən xəbər verilir ki, Rusiya Bankının (Mərkəzi Bank) proqnozları isə daha bədbindir. 

Bank bu ildə “Urals” markalı neftin orta qiymətinin 50 dollar/barel olacağını, ilin sonu yaxınlaşdıqca isə 40 dollar/barelə kimi geriləyəcəyini və bu səviyyədə 2019-cu ilin sonuna qədər qalacağını ehtimal edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyi öz hesablamalarında və federal büdcənin tərtibatında neftin baza qiymətini 40 dollar/barel səviyyəsində əsas kimi götürüb. 

Hollandiya “Rabobank”ının London şöbəsinin valyuta bazarları üzrə mütəxəssisi Petr Matisa görə, “konservativ mövqe tutmaq və sonra sevinmək, nikbin qalıb, sonra məyus olmaqdan daha yaxşıdır”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et