"Neftin qiyməti 30 dollar/barrelə düşə bilər" | Banco.az

"Neftin qiyməti 30 dollar/barrelə düşə bilər"

Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin (“OPEC plus”) müddəti uzadılmasa neftin bir barrelinin qiyməti 30 dollara düşə bilər.

Xarici KİV-lər xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“OPEC plus” sazişinin müddəti uzadılmadığı təqdirdə neftin qiymətinin 30 dollara düşə biləcəyi bir ssenarini göz ardı edə bilmərəm. Bazarda həddən artıq tədarük bolluğu risk var. İyulda balanslı bir qərarın qəbul edilməsi üçün rəsmi Moskva neft bazarını daha çox izləməlidir”, - deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub. OPEC və Rusiya başda olmaqla digər qeyri-OPEC ölkələri mövcud sazişin müddətini ilin sonunadək uzatmağı nəzərdə tutur. Bununla bağlı qərarın iyulda qəbul edilməsi gözlənilir.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et