Neftin dünya bazar qiyməti necə dəyişəcək? | Banco.az

Neftin dünya bazar qiyməti necə dəyişəcək?

Ekspert Vüqar Bayramov qeyd edir ki, Brent markalı neftin bir barelinin yanvarın ilk 10 günündə dünya bazarında 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratsa da Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb oldu. Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq hələlik yüksək qiymətlər real deyil. Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır. Digər tərəfdən də, 2019-ci il üçün qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə, bu il neftin qiyməti yüksək olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et