Neftin bahalaşması diqqət mərkəzindədir | Banco.az

Neftin bahalaşması diqqət mərkəzindədir

Beynəlxalq valyuta birjalarında Avro və Funtun qiymətləri fonunda qeyri-müəyyənlik hökm sürür, Brent neftinin bahalaşması diqqət mərkəzindədir.

Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı son üç ildə ilk dəfə faiz azaldılmasına gedə biləcəyi qərarı öncəsi dünya birjalarında ticarət aktivliyinin azaldığı müşahidə edilir. 

Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcələrində faiz azaldılmasına gedə biləcəyi ehtimallarına təsir edə biləcək hadisələr də diqqət mərkəzindədir. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, İngiltərədə daxili siyasi proseslər də risk iştahının azalmasına səbəb olmaqdadır. 

Beləliklə, EUR/USD məzənnə 1.11, GBP/USD məzənnəsi 1.24$-ın altında ticarət edilməkdədir. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 63$-a ticarət edilir və sözügedən səviyyənin üzərində ticarət edilməkdə davam edərsə, bu, 65$-a kimi bahalaşa biləcəyi proqnozlarını da artıracaqdır. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et