Neft, ticarət müharibəsi ilə ucuzlaşır | Banco.az

Neft, ticarət müharibəsi ilə ucuzlaşır

ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin yenidən artması qlobal neft tələbatına və xam neftin qiymətlərinə mənfi təsir edir. Qızışan ticarət müharibəsi ilə iri iqtisadiyyatların durğunluğa girəcəyi və neftə təlabatın daha da azalacağı gözlənilir. Bu səbəbdən neft qiymətləri düşür.

Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Brent nefti təxminən 1% ucuzlaşma ilə 58,75 dollardan, ABŞ xam nefti isə 1,2% ucuzlaşama ilə 53.56 dollardan alıcı tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin Aprel ayının ortalarında Brent neftinin barelinin qiyməti 75 dolları keçmişdi. Həmin qiymət ilə müqayisədə neft təxminən 23% ucuzlaşıb və "ayı bazarına" daxil olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et