Neft tədarükü hücumdan öncəki səviyyələrə qayıdıb | Banco.az

Neft tədarükü hücumdan öncəki səviyyələrə qayıdıb

Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman, ölkənin neft tədarükünün, milli neft şirkəti "Saudi Aramco"ya aid obyektlərə qarşı hücumdan öncəki səviyyələrə qayıtdığını açıqlayıb.

Nazir bin Salman, Ciddədə keçirdiyi mətbuat konfransında "Aramco"nun, bu ay ərzində bütün tədarük öhdəliyini anbarlardan qarşılayacağını söyləyib.

Bin Salman, hücumların, "Aramco"nun gündəlik hasilatının təxminən yarısını (5,7 milyon barrel) dayandırması ilə bərabər, neft ilə birlikdə çıxan təqribən 2 milyard kubmetr qazın hasilatına da mane olduğunu bildirib.

Nazir ölkəsinin gündəlik neft hasilatının bu ay sonunda 11 milyon barrelə, noyabrın sonunda isə 12 milyon barelə çatacağını qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Nazir bin Salman, ölkəsinin bu aykı neft ixracında bir dəyişiklik olmayacağını və iqtisadi gəlirin ötən aylara nisbətən sabit qalacağını deyib.

Mətbuat konfransında danışan "Aramco"nun İdarə heyətinin sədri Yasir er-Rumeyyan da hücumlar səbəbilə "Aramco"nun Birjada səhmlərinin satışını (İPO) təxirə salmayacağını bildirib. 

Rumeyyan,  İPO-nun gələcək 12 ay ərzində vaxtında reallaşacağını bildirib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et