Neft tanker yanğını xəbəri ilə bahalaşdı | Banco.az

Neft tanker yanğını xəbəri ilə bahalaşdı

Neft qiymətləri, Oman Körfəzində iki neft tankerində yanğın çıxdığı barədə xəbərlərin ardından beş ayın ən aşağı səviyyəsindən yüksəlib. 

Hadisə haqqında məlumata malik bir mənbəyə görə, Birləşmiş Ərəb Əmrliklərində "Fujairah" Limanı "Front Altair" adlı bir neft tankerindən həyacan siqnalı alıb. Xəbərin ardından neft qiymətləri 3%-ə yaxın qalxıb.

Qiymətlər, ABŞ-da xam neft ehtiyatlarının 1 milyon barel azalması gözlənilərkən 2.2 milyon barel artmasının ardından dünən 4% düşmüşdü.

Oman Körfəzində meydana gələn hadisə, Bəsrə Körfəzində keçən ay bəzi neft tankerlərinə təşkil edilən hücumların ardından reallaşıb və bölgədən xam neft nəqlində axsaqlıq ola biləcəyi ehtimalını artırıb. Bu vəziyyət neft qiymətlərini yüksəldə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Neft qiymətləri, ABŞ-da xam neft ehtiyatlarındakı artım, ABŞ və Çin arasındakı ticarət anlaşılmazlığına görə Apreldən bəri 20%-dən çox ucuzlaşıb.  

Bakı vaxtı ilə saat 12:15-də Brent nefti 2,8% bahalaşma ilə 61,66 dollara qalxıb. Bu səhər Brent neftin qiyməti 59,80 dollaradək geriləmişdir. 

Digər məlumata görə, İran Oman körfəzində hücuma məruz qalmış neft tankerlərindən 44 dənizçini xilas edib. İRNA-ya istinadən xəbər verir ki, tankerlər Birləşmiş Ərəb Əmriliyinin Dəniz Ticarət Əməliyyatları qrupuna aiddir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et