"Neft qiymətləri mənim sayəmdə aşağı düşür" - Tramp | Banco.az

"Neft qiymətləri mənim sayəmdə aşağı düşür" - Tramp

ABŞ Prezidenti Donald Tramp, son həftələrdə neft qiymətlərində baş verən azalmanın özü sayəsində olduğunu bildirib.
 

İrana qarşı sanksiyalardan səkkiz ölkəyə möhlət verdiklərini xatırladan ABŞ Prezidenti Donald Tramp, "Bunu etməyimin bir səbəbi məndən kömək istəmələridir. Ancaq, əsas səbəb neft qiymətlərinin 100 dollara və ya 150 dollara yüksəlməsini istəməməyimdir. Qiymətləri mən aşağı salıram" deyib.

Ən sərfəli kredit üçün müraciət et

"Əgər neft qiymətlərinə baxsanız, son bir neçə həftədə olduqca əhəmiyyətli dərəcədə aşağı düşdüyünü görərsiniz. Bu mənim sayəmdə oldu" deyən Tramp,"Çünki OPEC deyilən bir monopoliya var və mən bu monopoliyanı sevmirəm" deyib.

Qeyd edək ki, son bir ayda Brent nefti 17% ucuzlaşıb. Oktyabrın 3-də 86 dollara qalxmış Brent nefti bu gün 72 dollardan alıcı tapır. 

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et