Neft Fondu I rübdə valyuta satışını artırıb | Banco.az

Neft Fondu I rübdə valyuta satışını artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 1 551,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu barədə ARDNF məlumat yayıb.

Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 241,4 mln. dollar və yaxud 18% çoxdur.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində 1 310,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et