Neft azalan ABŞ ehtiyatları və İran gərginliyi ilə bahalaşıb | Banco.az

Neft azalan ABŞ ehtiyatları və İran gərginliyi ilə bahalaşıb

Neft qiymətləri, ABŞ-da xam neft ehtiyatlarının azalmaqda davam etməsi və Orta Şərqdə artan təzyiqin neft nəqlini ləngidəcəyi narahatlığını yaratması ilə yüksəlib.

Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 8.13 milyon barrel düşüb.

Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozuna görə, Çərşənbə günü Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən açıqlanan rəsmi göstəricilərin, ehtiyatların sözügedən dövrdə 2.9 milyon barrel düşdüyünü göstərəcəyi  gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Neft qiymətləri ötən həftə Çərşənbə axşamı günü təxminən 5% düşdükdən sonra, Britaniyanın İran neftini daşıyan bir tankeri saxlamasından sonra İranın qarşılıq verəcəyi ehtimalı ilə yünidən yüksəldi. ABŞ ilə Çin arasındakı ticarət danışıqlarının yenidən başlaması ticarət müharibəsinin nəzarət altına alınacağına dair ümidləri bir miqdar artırıb.

Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, Brent neftinin qiyməti 1,1 faiz  bahalaşaraq 64.86 dollara, Qərbi Texas neftinin (WTI) qiyməti isə 1.4 faiz bahalaşaraq 58.63 dollara yüksəlib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et