Neft ABŞ-dan gələn xəbəri ilə kəskin bahalaşdı | Banco.az

Neft ABŞ-dan gələn xəbəri ilə kəskin bahalaşdı

ABŞ rəhbərliyinin bəzi ölkələrə İrandan neft alışı üçün verdiyi möhləti uzatmayacağı barədə xəbərin ardından neft qiymətləri təxminən 6 ayın ən yüksək səviyyəsinə qalxıb.
Neft Londonda 3.3 faiz bahalaşaraq Noyabrın əvvəlindən bu yana güniçi ən yüksək səviyyəsinə qalxıb. 

Mövzu haqqında məlumata malik dörd mənbəyə görə, Bazar ertəsi günü ABŞ-ın Xarici işlər naziri Mike Pompeo, İrandan neft idxalına görə bəzi ölkələrə verilmiş azadolmanın (möhlətin) uzadılmayacağı barədə qərarı açıqlayacaq. 

İrandan neft idxalı üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə 2018-ci ilin Noyabr ayında verilən və müddəti Mayın 2-də başa çatacaq möhələtin uzadılmayacağı qeyd edilir.  ABŞ Noyabr ayında Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyəyə 180 gün möhlət vermişdi. Bu ölkələr ABŞ sanksiyalarından müvəqqəti  azad edilmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bu il neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları, ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları, Liviyada hasilatın azalması və ABŞ-da istehsalın artmasının səngiməkdə olduğuna dair işarələr ilə təxminən 40% bahalaşıb. 

Brent neftinin qiyməti Londonda "ICE Futures Europe" birjasında 2.34 dollar artaraq barreli 74.31 dollara qədər qalxdıqdan sonra 73.75 dollara gəlib.  

Qərbi Texas nefti (WTI) "Nymex" birjasında 1.87 dollar bahalaşaraq barreli 65.87 dollara qədər qalxıb.  

marja

Ən sərfəli krediti almaq üçün müraciət et