Neft ABŞ-dan gələn xəbər ilə bahalaşır | Banco.az

Neft ABŞ-dan gələn xəbər ilə bahalaşır

ABŞ-ın xam neft hasilatı azalıb

ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 106 min barel azalaraq 12 milyon barelə düşüb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,9 milyon barrel (0,9 faiz) azalaraq 449,1 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2,6 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 7,1 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 4,6 milyon barrel (1,8 faiz) azalma ilə 246,1 milyon barrelə enib. Benzində bazar gözləntisi ehtiyatların 2,5 milyon barrel azalması istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 106 min barel azalaraq 12 milyon barelə enib. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 6 min, digər əyalətlərdə isə 100 min barrel azalıb.

Beləliklə, 2-6 Mart həftəsində ABŞ-ın xam neft hasilatı son 61 həftədə 15-inci dəfə azalma göstərib.

EIA-nın "Mart 2018" hesabatınada ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,3 milyon barrel, gələn il isə 13 milyon barrel olacağı təxmin edilib.

ABŞ-da neft hasilatının və ehtiyatların azalması ilə bağlı olaraq Brent neftin barelinin qiyməti 67,73 dollara qalxıb (saat 16:20-yə olan məlumat).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et