Neft ABŞ-dan gələn xəbər ilə 5 faizə yaxın bahalaşdı | Banco.az

Neft ABŞ-dan gələn xəbər ilə 5 faizə yaxın bahalaşdı

ABŞ-da xam neft ehtiyatları gözlənildiyindən çox azalıb.

Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən açıqlanan rəsmi məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 9,499 milyon barrel düşüb."Bloomberg"in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, azalmanın 2.9 milyon barrel səviyyəsində olacağı gözlənirdi.

Benzin ehtiyatları sözügedən dövrdə 2.0 milyon barrel aşağı düşməsi gözlənərkən 1.455 milyon barrel azalıb.  

Ən sərfəli kredit üçün müraciət et

Neft hasilatı isə ötən həftə gündəlik 100,000 barel artıb.

ABŞ-da xam neft ehtiyatlarının gözlənildiyindən çox azalması ilə əlaqədar olaraq neft qiymətləri 5%-ə yaxın yüksəlib. Brent nefti 4,5% bahalaşaraq barelinin qiyməti 67,19 dolları, ABŞ xam nefti isə 4,7% bahalaşaraq 60,68 dolları görüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et