Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb | Banco.az

Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb

Neft qiymətləri, ABŞ-da bazalarda xam neft ehtiyatlarının sürpriz şəkildə azaldığını göstərən məlumat açıqlandıqdan sonra yüksəlib.

Eyni zamanda, bazarda qlobal iqtisadiyyatın durğunluğa yönəldiyinə dair narahatlıqlar qalır. 

ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 3.45 milyon barel azalıb.

ABŞ Prezidenti Donald Tramp, ABŞ iqtisadiyyatının durğunluq işarələri verməsi ilə Konqresin təsdiqi olmadan vergilərdə endirimə gedə biləcəyini söyləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Neft qiymətləri, dünyanın ən böyük iki iqtisadiyyatı (ABŞ və Çin) arasındakı ticarət müharibəsinin tələbə mənfi təsir etməsi ilə Aprel ayının sonlarından bu yana 15% düşüb. Orta Şərqdə artan təzyiq və Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və ortaqlarının istehsalı azaltmaq səyləri neft qiymətlərindəki enişi dayandıra bilmədi.

Qərb Texas neftinin (WTI) qiyməti 0.4% bahalaşaraq 56.33 dollara, Brent neftinin qiyməti isə 0.6% artaraq 60.40 dollara qalxıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et