Neft ABŞ-da ehtiyatların artması ilə ucuzlaşır | Banco.az

Neft ABŞ-da ehtiyatların artması ilə ucuzlaşır

Özəl sektor məlumatlarının ABŞ-da xam neft ehtiyatlarının təxminən iki ilin ən yüksək səviyyəsinə qalxdığını göstərməsi, ABŞ və Çin arasındakı ticarət anlaşılmazlığının davam etməsi ilə əlaqədar olaraq neft qiymətləri düşür.

Amerikan Neft İnstitutu (API) məlumatlarına görə, ABŞ-da xam neftehtiyatları keçən həftə 4.85 milyon barel artıb.  

ABŞ Prezidenti Donald Tramp, Pekinin bu ilin əvvəlində müzakirə edilən maddələrə geri dönənə qədər Çin ilə bir ticarət razılaşması etməyəcəklərini söyləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, Brent nefti 2,2% ucuzlaşma ilə 60,93 dollardan alıcı tapıb. 

Neft qiymətləri, ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsinin neftə tələbi azaltmasının təsiri ilə Aprel sonlarından bu yana 20%-dən çox düşüb. 

Birləşmiş Ərəb Əmrliklərinə görə, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqları, növbəti yığıncağın tarixini təyin etməkdə çətinlik çəkirlər. Buna qarşı, istehsalın azaldılması sazişini uzatmaq mövzusunda razılaşmaya  çox yaxındırlar. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç