Necə pul qazanmaq olar? | Banco.az

Necə pul qazanmaq olar?

  1. Ən sadə ideya – internet mağaza. Nə satmaq olar? Əslində hər şey – uşaq paltarları və əşyaları, kosmetika, parfum və s. Çalışın bildiyiniz və xoşladığız sahə üzrə mal və xidməti satasınız.internet magaza
  2. Forekslə məşğul olmaq. Maliyyə sahəsini və maliyyə alətlərini yaxşı bilən insanlar internetdə forekslə məşğul ola bilərlər.

foreks    3. Bloqçuluq. Sevdiyini və bildiyiniz sahə üzrə insanlara faydalı ola biləcək məqalələr yazmaq və materiallar hazırlaya bilərsiniz. Daha sonra bundan gəlir qazanmaq olar. Artıq bizdə də buna nümunələr var.

   4. Saytların və mobil əlavələrin hazırlanması. Son zamanların ən tələbatlı sahəsidir. Öyrənmək üçün sadəcə istək lazımdır.

   5. Vasitəçilik xidmətləri. Digər şəxslərin və şirkətlərin mallarının və xidmətlərinin satışını təşkil edə bilərsiniz.

   6.Kurslar, dərslər təşkil edib pul qazana bilərsiz. Video dərslər, skype vasitəsilə kurslar təşkil edə bilərsiniz.

   7. Frilans olaraq çalışmaq. Proqramçı, tərcüməçi, veb rəssam və digər şəxslər frilans olaraq çalışa bilərlər.

   8. Onlayn kouçinq. İnsanlara bildiyiniz sahə üzrə məsləhətlər. Arıqlamaq, idman, yemək bişirmə və digər sahələr üzrə məsləhət və dərslər keçə bilərsiniz.

 9. Fotobank. Əgər yaxşı şəkil çəkə bilirsinizsə o zaman şəkillərinizi internetdə sata bilərsiniz.

 10. Əl işləri. Əgər sizin xüsusi bacarığınız varsa və əlləriniz qızıldırsa, o zaman hazırladığınız məhsulları onlayn satıışını təşkil edin.

el isleri   11. Onlayn həkim və ya onlayn psixoloq məsləhəti. Məncə elə mövzular var ki, insanların bəziləri üzbəüz nə həkimə, nə də psixoloqa deyə bilmirlər. Bu baxımdan bu sahəyə böyük ehtiyac var.

  12. Amazon və ebay tipli internet mağazalardan malların alınması və çatdırılmasının təşkili. Bilirsiniz o qədər insan var ki, bu saytlardan nəsə almaq istəyir amma almağı bacarmır. Fürsətdir, istifadə edin.

  13. Onlayn hüquqi yardım. Mövzu indiki halda çox aktualdır. Çox sayda insanın hüquqi yardıma ehtiyacı var.

  14. Evdə hazırlanan şirniyyat və un məmulatları. Əgər bacarığınız varsa niyə də bundan istifadə edib həm insanlara şirin hisslər verəsiniz həm də qazanasınız? hə?

sirniyyat

Ən sərfəli kredit üçün müraciət et

  15. İşə qəbul ilə bağlı məsləhətlər. Hələ bu sahədə onlayn işləyən kimsə və ya şirkət rastıma çıxmayıb. Amma ehtiyac həddindən artıq böyükdür

  16. Əntiq əşyaların satışı. Hamının evində, bağında, qarajında əntiq əşya var. Onları toplayıb satışa çıxara bilərsiniz. Bazar kiçik olsa da müştəri olacaq.

entiq17. Onlayn kuryer xidməti. Burada siz həm fərd olaraq, həm də şirkət olaraq xidmətləri təqdim edə bilərsiniz. Deyəcəksiz ki o qədər şirkət var ki bu sahədə. Düzdür amma bir o qədər də narazı müştəri var. Fərqli olub qazana bilərsiniz.

Bu siyahını genişləndirmək də olar. İdeyalar bitməz tükənməzdir. Düşünün özünüzə uyğun ideya tapıb onu reallaşdırmağa başlayın!

Əgər sizin də ideyanız və təklifiniz varsa kommentlərdə paylaşmağı unutmayın!

Bir amerikalı media maqnatı çoxlu pul qazanmaq üsulunu yaratmışdır. O həm şəxsi həyatında, həm də biznesdə bu qaydalara riayət edirdi və nəticədə böyük həcmli kapital əldə edir. Budur onun qaydalarından bir neçəsi:

  • İnsan istəyərsə ürəyindən keçən hər bir şeyi edə bilər, bu isə o deməkdir ki, hətta çoxlu pul qazana bilər.
  • Qazandığınızdan daha az xərcləmək lazımdır. Belə siz tezliklə varlanacaqsınız.
  • Yalnızca kiminsə sizin üçün edə bilməyəcəyi şeyi özünüz üçün edin. Əgər kimsə qalan bütün işi yerinə yetirsə sizin əsas şeyləri yerinə yetirməyə daha çox vaxtınız və enerjiniz qalacaq.
  • Bütün işi bu gündən yerinə yetirməyin, çünki sabah bu işin böyük hissəsini heç etməməli olduğunuzu anlaya bilərsiniz.
  • Öz işinizdə heç kimi təkrarlamayın və heç kimin izi ilə getməyin. Özməqsədinizə doğru gedən ən yaxşı və ideal yolu seçin.
  • Özünüzə rəqiblər yaratmayın. Digərlərinizə uğurlarınızı öyrənmək imkanı verməyin.
  • Pulları insan yaradır. Axmaqlar isə iddia edirlər ki, pulları pullar yaradır.
  • Heç kimə nifrət etməyin, intiqam almağa çalışmayın. Çünki bu çox enerji tələb edir və nəticədə heç bir şey qazandırmır.
  • İnsan nə etməməli olduğunu yaxşı bilməlidir. Bunu həm öz səhvləriniz, həm də digərlərinin yol verdiyi səhvlərə baxaraq öyrənə bilərsiniz.
  • Kiçik gəlirlərə biganə qalmayın. Kiçik biznesdən də mənfəət qazanmağı öyrənin və belə olduqda iri həcmli, səmərəli gəlirləri də idarə etməyi öyrənəcəksiniz.
  • Düşünmək – insan üçün ən çətin işdir. Özünüzü gərgin işə öyrədin. İdeyalarınızı idarə edin və onları uğur əldə etməyə (pul qazanmağa) yönəldin.
  • Düşmənlər qazanmayacağınız şəkildə yaşayın. Müsbət enerjiyə sahib olmaq, mənfi enerjiyə sahib olmaqdan daha yaxşıdır.
  • Sizin qazancınız ilə yaşamağa çalışan insanların diqqətini cəlb etməmək üçün heç kimə öz zənginliyinizi bəlli etməyin.
  • İnsan varlı olaraq qala bilməz. O özünü zəngin etməli və gələcəkdə kapitalını artırmağa çalışmalıdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et