Nə zaman dolları dəyişmək olar? | Banco.az

Nə zaman dolları dəyişmək olar?

“Martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq”.

Tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, 

“Bütövlükdə isə iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir.

Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlər növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa, bu fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyili çətinləşə bilər. 

Neftin qiyməti hətta ortamüddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir. Bu faktora daimi diqqət ayırmaq lazımdır. Məzənnənin necə dəyişəcəyini nəyə əsasən müəyyənləşdirmək olar ki, valyutası olanlar itirməsinlər? 

Ən sərfəli kredit üçün müraciət et

Bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq qısamüddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar. Əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman, deməli, növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar.

Artıq 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması müşahidə ediləcəksə, deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi etimalı yüksəkdir. 

Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir”, - deyə V.Bayramov qeyd edib

Ən sərfəli krediti almaq üçün müraciət et