Nə üçün displeyinizi ağ-qara rejimdə istifadə etməlisiniz? | Banco.az

Nə üçün displeyinizi ağ-qara rejimdə istifadə etməlisiniz?

Sadə bir funksiya ilə həyatınız rəngarəng ola bilər.

“Bozun çalarları” rejimi iPhone cihazlarında iOS 8 platforması ilə birgə təqdim edildi. Psixoloqlar, bu sadə funksiya ilə smartfon asılılığından qurtula biləcəyinizi qeyd edir. 

Displeyin rənglərini ağ-qara rənglərə dəyişmək üçün:

“Parametrlər“ → “Əsas” → «Universal icazə” → “Displey uyğunlaşdırılması” bölmələrinə daxil olmaq gərəkdir. Ondan sonra “İşıq filtrləri” olan bölümə daxil olub, funksiyanı aktivləşdirmək kifayət edər. Avtomatik olaraq “Bozun çalarları” filtri işə düşəcək. Əgər avtonom şəkildə funksiya işə düşməsə, o zaman sizə lazım olan rejimi əl ilə tənzimləmək mümkündür.

(Go to Settings > General > Accessibility > Display Accommodations növbəti olaraq Color Filters funksiyası aktivləşdirilməlidir)

Həmçinin oxu: 4 ildən sonra personal cihazlar insanın psixoloji vəziyyətini təyin edə biləcək

Ən sərfəli kredit üçün müraciət et

 

Əzəldən təbiətdə rast gəlinən əlvan rənglərin diqqət cəlb etmək üçün olduğu qeyd edilir. Ekranda canlanan rənglər bizi qədim reflekslərə kökləyərək saatlarla smartfona baxmağa vadar edir. Çünki beyin göz təması vasitəsi ilə rəngli görüntüləri bir başa olaraq maraqlı informasiya mənbəyi kimi qəbul edir. Bu da, vaxtımızın xeyli hissəsini monitor və ya displey arxasında keçirməyimizə səbəb olur.

Ağ-qara rənglər isə bu mexanizmin fəaliyyətini avtomatik olaraq söndürür və smartfon artıq “tələ” funksiyasını itirir.

Bu funksiyanı sınaqdan keçirən insanlar: ilk olaraq ətrafın qaranlığa qərq olunduğunu düşünüblər. Daha sonra isə ətrafın displeyə nəzərən əlvan rənglərdən ibarət olduğunu görür və küçəyə çıxıb, dünyadan həzz almaq istədiklərini qeyd ediblər. Müəyyən vaxt keçdikdən sonra isə sosial şəbəkələrə həddindən artıq zaman ayırdıqları qənaətinə gəliblər. Sınaq müddəti bitdikdən sonra yenidən əlvan rənglər ilə zəngin olan displeyi əvvəlki rejimə qaytardıqlarında, xüsusi heç bir hiss keçirmədiklərini söyləyən istifadəçilər ağ-qara rejimi yenidən işə salıblar.

Qeyd edək ki, ağ-qara rejim iPhone smartfonunun işinə əngəl yaratmır.

Günel Gözəlova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et