NBC BANK YENİ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI | Banco.az

NBC BANK YENİ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

“NBC Bank” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun) 184.8 min manat xalis mənfəət ilə başa vurub.  Müqayisə üçün qeyd edək ki, cari ilin 1-ci rübündə (yanvar-mart) Bank, əsasən ehtiyata ayırma ilə əlaqədar olaraq 594.9 min manat zərərə düşmüşdü. Beləliklə, ikinci rübdə “NBC Bank” yenidən mənfəətə çıxıb.

2019-cu ilin yanvar - iyun dövründə “NBC Bank”ın cəmi gəlirləri 10 milyon 929 min manat (9 milyon 118 min manatı faiz, 1 milyon 811 min manatı qeyri-faiz), cəmi faiz və qeyri-faiz xərcləri isə 11 milyon 351 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 422 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 606 min manatının azad olması hesabına həm bankın əməliyyat zərəri bağlanıb, həm də xalis mənfəət yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2019-cu ilin May ayında dövlət büdcəsinin vəsaiti hesabına Dollar kreditlərinə kompensasiya ödənilib. Dollar kreditləri probleminin xeyli həlli bankların ehtiyatlarının azad olması ilə nəticələnir.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

30.06.2019-cu il tarixində “NBC Bank” 213 milyon 645 min manat kredit portfelinəmalik olub. 2018-ci ilin sonunda kredit portfeli 204 milyon 469 min manat təşkil etmişdi (ilk 6 ayda  9 milyon 176 min manat artıb). Bank 31 Mart 2019-cu il tarixində isə 212 milyon 489 min manat kredit portfelinə malik idi.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et