Nazir: 2017-ci ildə Azərbaycan əmək bazarına 105 min gənc daxil olacaq | Banco.az

Nazir: 2017-ci ildə Azərbaycan əmək bazarına 105 min gənc daxil olacaq

2017-ci ildə Azərbaycan əmək bazarına 105 min gənc daxil olacaq.

Bunu Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Avropa ölkələri Bürosuna müsahibəsində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O qeyd edib ki, hazırda ölkə əhalisinin 27 faizini 14-29 yaş arasında olan gənclər təşkil edir:

Ən sərfəli kredit üçün müraciət et

“Əlbəttə, bir tərəfdən bu yaxşı haldır, amma digər tərəfdən bu gəncləri işlə təmin etmək lazımdır. Təkcə bu il əmək bazarına 105 min gənc daxil olacaq. Bu, 10 milyon əhalisi olan Azərbaycan kimi ölkə üçün böyük göstəricidir”.

Nazir həmçinin vurğulayıb ki, ölkə əhalisinin 71,6 faizi əmək qabiliyyətli əhalidir.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et