“Naxçıvanbank”ın gəlirləri artsa da, xalis mənfəəti azalıb | Banco.az

“Naxçıvanbank”ın gəlirləri artsa da, xalis mənfəəti azalıb

“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci yarısını 2 milyon 223 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 min manat və ya 4,4% azdır.

 

GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ARTIB

2019-cu ilin yanvar-iyun dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 4 milyon 964 min manat, cəmi xərcləri 2 milyon 138 min manat, əməliyyat mənfəəti 2 milyon 826 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 602 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 41 min manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, “Naxçıvanbank” ASC 2018-ci ilin birinci yarısını 2 milyon 326 min manat xalis mənfəətlə başa vurmuşdu. Ötən ilin yanvar-iyun dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 4 milyon 806 min manat,  cəmi xərcləri 1 milyon 828 min manat, əməliyyat mənfəəti 2 milyon 977 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 651 min manatını ehtiyata ayırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

AKTİVLƏRİ 200 MİLYON MANATI AŞIB

30 İyun 2019-cu il tarixində “Naxçıvanbank” ASC 215 milyon 763 min manat cəmi aktivlərə, 135 milyon 363 min manat  cəmi öhdəliklərə və 80 milyon 400 min manat cəmi kapitala malik olub.

30 İyun 2018-ci il tarixində “Naxçıvanbank” ASC 191 milyon 812 min manat cəmi aktivlərə, 116 milyon 593 min manat  cəmi öhdəliklərə və 75 milyon 218 min manat cəmi kapitala malik idi.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

Ötən ilin sonu İyun ayının sonu ilə müqayisədə “Naxçıvanbank”ın müştərilərə verdiyi kreditlər 6 milyon 437 min manat artaraq 75 milyon 550 min manata çatıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et