"Naxçıvanbank" yeni layihələr üzərində işləyir | Banco.az

"Naxçıvanbank" yeni layihələr üzərində işləyir

"Naxçıvanbank" tərəfindən 2019-cu ilin ilk 6 ayı ərzində sənaye sahəsinə 4 milyon 585 min, tikinti sahəsinə 3 milyon 295 min, kənd təsərrüfatına 2 milyon 992 min, ipotekaya 747 min, biznesin inkişafına 1 milyon 711 min və istehlak üçün 14 milyon manat həcmində kredit verilib. 

Bankdan verilən məlumata əsasən, ümumilikdə isə 1 iyul 2019-cu il tarixə bankın kredit portfeli 76 milyon 182 min manat təşkil edib.

Hazırda "Naxçıvanbank" müştərilərinə 39 bankomat, 46 ödəmə terminalı və 802 POS-terminalla xidmət göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Məsafəli bank xidmətinin təkmilləşdirilməsi çərçivəsində hazırda internet bankinq, bankın ödəniş terminallarından kredit ödənişlərinin həyata keçirilməsi və ödəniş kartlarının balansının artırılması kimi layihələrin üzərində də işlər davam etdirilir. Bankdan onu da bildirdilər ki, cari ilin sonuna kimi qeyd olunan layihələr vətəndaşların istifadəsinə təqdim olunacaqdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et