Nağdsız ödənişlər ötən illə müqayisədə artıb | Banco.az

Nağdsız ödənişlər ötən illə müqayisədə artıb

Mərkəzi Bank Azərbaycanda 2019-cu ilin fevral ayında həyata keçirilmiş ödənişlərin həcmini açıqlayıb. Statistikanın təhlili göstərib ki, bu ilin ikinci ayında ölkədaxili nağdsız ödənişlərin böyük hissəsi elektron ticarətin payına düşüb: 171 milyon manat. Ödənişlərin 93 milyon manatı POS-terminallar, 15 milyon manatı isə ATM-lər vasitəsilə həyata keçirilib. Bu ilin ilk ayında ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 286 milyon manat, fevralda isə 279 milyon manat təşkil edib. Bir il əvvəl - 2018-ci ilin fevralında isə nağdsız ödənişlərin həcmi 176 milyon manat olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin fevral ayında ödəniş kartlarının ümumi sayı yanvar ayı ilə müqayisədə artaraq 6 milyon 624 min ədədə çatıb. Bunlardan 5 milyon 845 min ədədi debet, 779 min ədədi isə kredit kartlarıdır.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et